Daha bir klip izləmə rekordu qırır - videolar

Daha bir klip izləmə rekordu qırır - videolar
3346 dəfə oxunub
  • A-
  • A
  • A+

“Youtube” video portalına yüklənən kliplər arasında daha biri qısa müddətə izləmə rekordu qırıb.

Axşam.az-ın məlumatına görə, birinci yerdə olan Puerto-Rikolu müğənni Luis Fonsinin “Despacito” mahnısına çəkilən klip yerini Teylor Sviftin “Look What You Made Me Do” klipinə verib.

Cəmi 1 həftədir “Youtube”a yüklənən klip çox böyük sürətlə yüksəlir.

Belə ki, ekran işi bir həftəyə 280 milyondan çox izlənilib, 4 milyondan çox “like” alıb.
“Desposito” klipi isə 8 aya  8 aya 3 milyard 400 milyondan çox izlənilib, 20 milyondan çox "like" alıb.

Qeyd edək ki, Luis Fonsinin mahnısı koreyalı müğənni PSY-ın "Gangnam Style” mahnısının klipinin rekordunu təzələmişdi.

Belə ki, adı çəkilən klip 2012-ci ildə “Youtube”a yüklənib və bu günə qədər 2 milyard 900 milyon izlənilib.