Hollivud ulduzu Ancelina Coli Torontoda uşaqları ilə birlikdə prodüseri olduğu “The Breadwinner” cizgi filminin təqdimatına qatılıb.
Axşam.az xarici mediaya istinadən xəbər verir ki, 42 yaşlı aktrisa təqdimata ağ libasda yollanıb.
Onun yanında övladları: 16 yaşlı Meddoks, 13 yaşlı Paks, 12 yaşla Zahara, 11 yaşlı Şaylo və 9 yaşlı əkizləri Vivyenlə Noks olub.
Coli Torontodakı təqdimatdan sonra Telluridedəki premyeraya yollanıb.
Qeyd edək ki, Ancelina Coli “Malifisenta” filminin davamına çəkilməyə razılıq verib.