Xalq artisti Gülyanaq Məmmədovanın "Giley" adlı mahnısına çəkdirdiyi klipinin təqdimat mərasimi keçirilib.
Axşam.az xəbər verir ki, ARB media qrupun lentə aldığı ekran işinin rejissorluğunu Dəyanət Rzayev edib. Mahnının musiqisi bəstəkar Sevinc Tofiqqızına məxsusdur.
Ekran işinin çəkilişləri G.Məmmədovanın doğulduğu Şəkidə aparılıb. G.Məmmədova bildirib ki, bu onun doğma yurdunda çəkdirdiyi ilk klipidir.
Xalq artistləri Flora Kərimova, Nəzakət Teymura, əməkdar artist Mətanət İsgəndərli və müğənni Vasif Məhərəmmli çıxış edərək G.Məmmədovanın yaradıcılığından danışıblar.
Qeyd edək ki, bu, ARB media qrupun müğənni üçün çəkdiyi ikinci klipdir. Bundan əvvəl media qrup sənətçinin “Xaçmazım” adlı mahnısını ekranlaşdırıb.
Foto: Ramin ASLANOV