Mehriban Əliyeva körpələr evində - fotolar

Mehriban Əliyeva körpələr evində -  fotolar
1581 dəfə oxunub
  • A-
  • A
  • A+

Birinci vitse-prezident Mehriban Əliyeva Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsində əsaslı şəkildə təmir edilərək yenidən qurulan 105 nömrəli körpələr evi-uşaq bağçasında yaradılan şəraitlə tanış olub.

Axşam.az-ın məlumatına görə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov M.Əliyevaya körpələr evi-uşaq bağçasında görülən işlər barədə məlumat verib.

Körpələr evi-uşaq bağçasının ərazisi abadlaşdırılıb, həyətyanı sahədə attraksionlar quraşdırılıb.

Birinci vitse-prezident daha sonra Nəsimi rayonunda yerləşən Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmir edilən “Qərənfil” körpələr evi-uşaq bağçasında olub. 

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov məlumat verərək bildirib ki, bu bağça 1968-ci ildən fəaliyyət göstərir. 2007-2008-ci illərdə körpələr evi-uşaq bağçasının binasında cari təmir işləri aparılsa da məktəbəqədər təhsil müəssisəsinin əsaslı təmirə ehtiyacı var idi. Burada bu ilin fevral ayında başlanılan təmir nəticəsində uşaq tərbiyə müəssisəsində lazımi şərait yaradılıb.