Aysel Əlizadə yeni klipini təqdim etdi

Aysel Əlizadə yeni klipini təqdim etdi
6017 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gün gənc müğənni Aysel Əlizadə sözləri Leyli İsrafilovaya, musiqisi İlkin Həsəniyə məxsus “Səndən başqa” mahnısına çəkdirdiyi yeni klipini təqdim edib.

Axşam.az-ın məlumatına görə, bəstəyə türkiyəli rejissor Teoman Topçu ekran həyatı verib.

Klip Türkiyənin Polenezköy ərazisində lentə alınıb. Bu barədə danışan Aysel çəkilişlərə 1 gün vaxt sərf olunduğunu söyləyib:

“Çəkiliş prosesində olduqca maraqlı anlar yaşandı. Hətta eşşək arılarının hücumuna da məruz qaldıq. Amma əsas odur ki, gözəl məkanlarda çəkiliş apara bildik və ortaya keyfiyyətli klip çıxdı. Növbəti ekran işimi də türkiyəli rejissora həvalə edəcəyəm, amma bu dəfəTeomanla yox, Onurla işbirliyi quracağam”.

Klipin maliyyəsindən da danışan Aysel onu açıqlamaqdan çəkinib:
“”Ulduzlar” mahnısına çəkdirdiyim klipə xərclədiyim pulu açıqlamağım böyük səs-küy yaratmışdı. Ona görə bu dəfə maliyyə məsələlərindən danışmaq istəmirəm. Amma ortaya qoyulan işdən aydındır ki, klipə ciddi xərc çəkilib”.

Müğənni təqdimata heç bir həmkarını çağırmadığını desə də, əməkdar artist Səlim Abbasov ifaçını tək buraxmayaraq tədbirə qatılıb. Bəstəkar Cəlal Qurbanov isə gül dəstəsi göndərərək ifaçını dəstəkləyib. Müsahibə zaman müğənni diplomunu da nümayiş etdirib.

Çinarə

Foto: Rəşad Abbasov