Çingiz Kurtoğlu Azərbaycan sənətçiləri ilə bir arada

Çingiz Kurtoğlu Azərbaycan sənətçiləri ilə bir arada
2660 dəfə oxunub
  • A-
  • A
  • A+
Ötən gün müğənni Elçin Hüseynovun "Niel" adlı restoranı yenidənqurma işlərindən sonra istifadəyə verilib.

Axşam.az-ın məlunatına görə, sənətçi bu münasibətlə türkiyəli müğənni Çingiz Kurtoğlunu Bakıya dəvət edib.

Böyük ziyafət hazırlayan Elçin bir çox sənət dostlarını məclisə çağırıb. Əməkdar artist Baloğlan Əşrəfov, Abbas Bağırov, müğənni Xatirə İslam, Emil Bədəlov, Elçin Cəfərov, Rüfət Axundov, Mətanət Əsədova kimi məşhurların qatıldığı gecədə maraqlı anlar yaşanıb. Çingiz Kurtoğlu gözəl mahnıları ilə qonaqların zövqünü oxşayıb. Türkiyəli ifaçını səhnədə Elçin Hüseynov, Hakan Erol müşayiət edib. Aparıcılığını Azər İsmayılov və Sərxan Kərəmoğlunun etdiyi gecədə şou-biznesin tanınmış simaları Elçini təbrik edərək onun üçün sevimli mahnılarını səsləndiriblər.

Müğənni həm də kiçik oğlunun 1 yaşını qeyd edib. Gecədən fotoları təqdim edirik.

Foto: Rəşad ABBASOV