Nazənin bağ evində oğluna ad günü keçirdi - video

Nazənin bağ evində oğluna ad günü keçirdi -  video
6809 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Nazənin oğlu Orxana bağ evində ad günü keçirib.

Axşam.az xəbər verir ki, sənətçi oğlunun özəl gününə yalnız ailəsinə yaxın olan insanlar dəbət etdiyini bildirib:

“Allah hər kəsin qapısında xeyir iş qismət eləsin. Oğlumun ad gününü elə bağ evimizdə qeyd elədim. Hər il ad günü keçirməyi, insanlara əziyyət verməyi sevmirəm. Keçən ay adımı daşıyan nəvəmin ad gününü ailə üzvlərimizin əhatəsində qeyd elədik. Oğlumun ad gününü elə də böyük etmək istəmədim. Sadəcə, mənim ailəmə yaxın insanlar iştirak etdi. İllərdir mənim rəfiqəlik etdiyim müğənnilər Könül Kərimova, Rühəngiz Allahverdiyeva, Mənzurə Musayeva da mənim balamın xoş günündə yanımda oldu. Bu doğum gününü restoranda edib, bütün sənət dostlarımı başıma yığa bilərdim. Amma istəmədim".