Ani Lorakın möhtəşəm şousu baş tutdu

Ani Lorakın möhtəşəm şousu baş tutdu
1509 dəfə oxunub
  • A-
  • A
  • A+

Dünən ukraynalı müğənni Ani Lorakın Heydər Əliyev Sarayında konsert baş tutdu. 

Axşam.az anspress-ə istinadən xəbər verir ki, müğənni rəqqas heyəti ilə Bakıdakı pərəstışkarlarına xoş anlar yaşadıb. Konsert proqramında müğənni ən sevilən mahnılarını ifa edib.

İngilis, rus və ukrayna dilində ifa etdiyi mahnıları ilə müğənni zalda əyləşən tamaşaçılarını coşdurmağı bacarıb. Konsertin gedişində müğənni uşaqlıq xatirələrini də zalda əyləşən insanlarla bölüşüb. Ani Lorak Azərbaycan tamaşaçısını çox sevdiyini bildirib və həyat yoldaşının da türk olduğuna görə bura ilə onun arasında xüsusi bağlılıq olduğunu vurğulayıb.

Müğənni eyni zamanda Bakıdakı tamaşaçı kütləsinin ona olan isti münasibətindən razı qaldığını da ifadə edib. Proqramın sonunda müğənni son mahnısını ("Ya vernus") oxuyarkən “gələcəkdə yenə Bakıda onu sevənləri ilə görüşəcəyini” qeyd edib. Konsert bitdikdən sonra Ani Lorak səhnəni tərk edib, amma tamaşaçıların istəyi ilə müğənni ikinci dəfə səhnəyə qayıdıb.

Qeyd edək ki, bu Ani Lorakın Azərbaycana ikinci səfəridir. Bundan əvvəl müğənni dənizkənarı bulvarda bir çox müğənnilərin iştirak etdiyi konsert proqramında da çıxış edib.