Rəqsanə İradənin qonağı oldu - Foto

Rəqsanə İradənin qonağı oldu -  Foto
3496 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Rəqsanə İsmayılova qızı Aysunla birlikdə İstanbula gedib.

Axşam.az-ın məlumatına görə, sənətçi ötən gün həmkarı İradə İbrahimovanın qonağı olub.

Birlikdə şam yeməyinə çıxan məşhurlar fotolarını sosial şəbəkədə paylaşıblar.

Təəssüratlarını sosial şəbəkədə yazan Rəqsanə həmkarına təşəkkür edib:

"İradənin qonağı olduq, hər şey əla idi, çox sağ ol bacı. İradə çox gözəl, mehriban bir ailəyə sahibdir. Bütün xanımlara belə ailə arzu edirəm. Yoldaşı Ceyhun çox səmimi bir insandır. Allah sizi həmişə xoşbəxt etsin".

Rəqsanənin bu sözlərinə İradə də cavabsız qalmayıb:

"Səmimiyyətimizə dəyər verdiyin üçün çox sağ ol. Allah Aysuna belə ailə qismət etsin. Sənə isə can sağlığı versin, dünyanın ən dəyərli varlığı olan övladlarına istədiyini yaşadasan".