Azərbaycanlı model beynəlxalq gözəllik yarışmasında - fotolar

Azərbaycanlı model beynəlxalq gözəllik yarışmasında - fotolar
1749 dəfə oxunub
  • A-
  • A
  • A+

Noyabrın 29-da İstanbulda "Miss Eurovision of the world"  beynəlxalq gözəllik yarışmasının finalı keçiriləcək.

Axşam.az xəbər verir ki, ölkəmizi müsabiqədə 22 yaşlı model Anastasiya Bern təmsil edəcək.

Bu haqda məlumatı "High Life Fashion & Model Academy"-nin baş direktoru Aqil Məmiyev verib. O bildirib ki, A. Bern artıq 5 gündür ki, ölkəmizi təmsil etmək üçün İstanbuldadır. "Miss Eurovision of the world" yarışına hazırlıq işləri gedir.

"Miss Eurovision of the World" müsabiqəsinə dünyanın 58 ölkəsindən qızlar qatılıb. Yarışmada Türkiyəni Derya Erdem təmsil edir.

Promo-aksiyalar noyabrın 18-də başladığından müsabiqə iştirakçılari İstanbula  2 həftə əvvəl yığışırlar. Final 29 noyabrda baş tutacaq.