“Facebook”un 33 yaşlı qurucusu Mark Zükerberq atalıq məzuniyyətindədir.
Axşam.az xarici mediaya istinadən xəbər verir ki, ötən ay qızı dünyaya gələn amerikalı proqramçı məzuniyyətdən fotolarını sosial şəbəkədə paylaşıb.
O, bakal fotosuna “Bu bizim ailədə 100 ildir ki, saxlanılır. Maksın ulu babası bura immiqrasiya edəndə onu özü ilə gətirib. Həmin vaxtdan bu bardaq nəsildən-nəslə ötürülür” yazıb.
Qeyd edək ki, Prisçilla Çanla ailəli olan Markın Maksim və Avqust adlı iki qızı var.