Məşhur serialın əməkdaşı güllələnərək öldürüldü

Məşhur serialın əməkdaşı güllələnərək öldürüldü
2579 dəfə oxunub
  • A-
  • A
  • A+
Məşhur “Narcos” serialının 4-cü mövsüm çəkilişi üçün Meksikada məkan axtarışına çıxan prodüser şirkətinin əməkdaşı Karlos Muoz Portal güllələnərək qətlə yetirilib.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, Meksikanın təhlükəli bölgələrindən sayılan Temaskalapada məkan danışan 37 yaşlı Portal avtomobilində ölü halda tapılıb. Polis hadisənin şahidi olmadığı üçün istintaqda çətinlik çəkdiklərini bildirib.

Qeyd edək ki, Karlos “Ceyms Bond Spectre”, “Sürətli və hikkəli”, “Apokalipsis” filmlərində çəkilib.