Bu sözləri Axşam.az-a açıqlamasında müğənni Elçin Cəfərov deyib.
Yeni fotosessiyasını təqdim edən sənətçi geyim tərzindən danışıb:
“Əksər hallarda efirə, el şənliklərinə kostyum geyinmişəm. Deyilənə görə də yaraşıb. Çox vaxt da ciddi geyimlərə üstünlük verməyimin səbəbi odur ki, arada kökəlirəm. Pencək də artıq çəkimi gizlədir. Artıq 5 aydır ki, idmana başlamışam, istədiyim geyimləri geyinə bilirəm. Amma allı-güllü köynəkdən başqa. Bir də tam cırıq cins şalvarda da efirə çıxmaram"