"Playboy" qurucusu dünyasını dəyişdi

"Playboy" qurucusu dünyasını dəyişdi
1267 dəfə oxunub
  • A-
  • A
  • A+
“Playboy”un qurucusu Hyu Hefner 91 yaşında dünyasını dəyişib.
 
Axşam.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə media maqanatının oğlu Kuper Hefner məlumat verib:
 
“Bir çox adam atamın yoxluğunu hiss edəcək...”.
 
Qeyd edək ki, Hyu Hefner özünün 600 dollar, anasından aldığı 1000 dollar pulla 1953-cü ildə yaşadığı evin mətbəxində “Playboy” jurnalını hazırlayaraq satmağa başlayıb. Getdikcə populyarlaşan dərgi dünyanın ən çox satılan maqazin jurnalına çevrilir və 7 milyon tirajla satılır.