Aparıcı Zaur Kamal “5/5” verilişinə qonaq olan müğənni Elçin Hüseynovun yol hərəkət qaydalarını pozmasından danışıb.
Axşam.az xəbər verir ki, aparıcı sənətçinin dəfələrlə yol hərəkət qaydasını pozduğunu deyib:
“Prado” idarə edir. 32 MMX-sı var, 21-i qüvvədədir”.
E.Hüseynov aparıcının yalan danışdığını, belə bir şey olmadığını iddia edib. O bildirib ki, onun “Prado”su yoxdur:
“Yalandır, mənim maşınım “Range Rover”dir. Qanunla sürürəm”.
Zaur “Biz efir adamları hamıya nümunə olmalıyıq” cavabını verib.
E.Hüseynov “Prado” markalı maşın sürdüyünü efirdə dansa da, bir neçə gün əvvəl sözügedən avtomobillə fotokameramıza tuş gəlib.