Həyat yoldaşı Coş Duhameldən boşanması ilə gündəm olan müğənni Fergi televiziya verilişlərindən birinə qatılıb.
Axşam.az xarici mediaya istinadən xəbər verir ki, ifaçı şou veriliş üçün “Balmain”dən qara tor libas seçimi edib.
42 yaşlı Ferqi tor libasının altından qara bikini geyinib. Sosial şəbəkə istifadəçiləri Ferginin məşhur brendin libasını layiqincə nümayiş etdirdiyini deyiblər.