"10 kiloqram kökəldim" - əməliyyat olunan Nazim

"10 kiloqram kökəldim" -  əməliyyat olunan Nazim
4769 dəfə oxunub
  • A-
  • A
  • A+

“Faytonçu” ləqəbli müğənni Nazim Pişiyari tədbirlərin birində görüntülənib.

Axşam.az-ın məlumatına görə, bir müddət əvvəl səhhətində yaşadığı problemlə əlaqədar xeyli çəki atan sənətçi yenidən kökəlib.

Nazim bildirib ki, 10 kiloqram çəki alıb:

“92 kiloqram idim. Əməliyyatdan sonra 68 kiloqram oldum. İndi isə 78 kiloqrama qalxdım. 12 saat narkoz aldım, o da mənim çəkimi azaltdı. Yeyib-içməyimə fikir verirəm. Hər şey yeyə bilmərəm”.

Foto: Ramin ASLANOV