Cazibədar aktrisa gözəllik sirlərini açdı

Cazibədar aktrisa gözəllik sirlərini açdı
2842 dəfə oxunub
  • A-
  • A
  • A+
Rusiyanın tanınmış aktrisa və teleaparıcısı Viktoriya Banyanın 34 yaşı tamam olur.

Axşam.az xəbər verir ki, cazibədarlığı ilə hər zaman seçilən aparıcı gözəllik sirlərini bölüşüb.

"Gözəllik sadəlikdir. Qadın gözəlliyində etalon hesab etdiyim Odri Hepbernin bu sözlərini çox sevirəm: "Qadının gözəlliyi geyimdə və bədən formasında deyil. Gözəllik onun gözlərində olmalıdır" deyə V. Banya bildirib. O, formada qalmaq üçün idmanla məşğul olduğunu, həmçinin baxım yollarından yararlandığını söyləyib:

"Düzgün balanslaşdırılmış qidalanma və idman ən əsas şərtdir. Həftədə ən az 3-4 dəfə, yarım saat idmanla məşğul oluram. Yoqa da çox vacibdir. O, qadına gözəl bədən quruluşu, sağlamlıq verir və bunlar yaşdan asılı deyil. Pəhriz saxlamağı sevmirəm, amma ildə bir dəfə 5 günlük proqrama əməl edirəm. Həkim nəzarəti altında orqanizmimi zərərli maddələrdən təmizləmək üçün bu, çox əhəmiyyətlidir.

İdeal çəkim 52 kiloqramdır. Hamiləlik vaxtı 19 kiloqram kökəlmişdim. Lakin sonradan idmanla məşğul olaraq asanlıqla normal çəkimə qayıda bildim. Qadınların özünə baxması zəruridir. Mən etdiyim kosmetik proseslər dərinin nəmləndirilməsi və təmizlənməsi, pilinq və mezoterapiyadan ibarətdir. Mexaniki təmizləmə dərini zədələdiyi üçün ondan yayınıram. Mezoterapiya isə ayda bir dəfə kifayət edir. 2-3 aydan bir kislorod terapiyasını qəbul edirəm. Bu zaman üz, boyun və sinəyə soyuq kislorod vurulur. Bu, dərinin olduqca təravətli qalmasını təmin edir."