Fanatları üzündən Nebahat Çehrenin halı pisləşdi: "Nəfəs ala bilmirəm"
Dünya
09:32 / 27.10.17
2735dəfə oxunub
A-
A
A+
Aktrisa Nebahat Çehrenin onunla selfi çəkdirmək istəyən fanatlarının üzündən halı pisləşib.
Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, 73 yaşlı aktrisa otellərdən birində keçirilən tədbirə qatılıb. Tədbir bitdikdən sonra fanatları Çehre ilə şəkil çəkdirmək yarışına giriblər. Böyük qələbəliyin arasında qalan Nebahat çətin anlar yaşayıb.
O, “Xəstəyəm, dərmanlarla ayaq üstə qalıram. Nəfəs ala bilmirəm, xahiş edirəm, qoyun gedim” deyərək insanları özündən uzaqlaşdırmağa çalışıb.