Müğənni Tuba Özerk sevgilisi ilə dalaşarkən kameralara tuş gəlib.
Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, paparassiləri görüncə sakitləşən cütlük sevgili olmadıqlarını desə də, daha sonra onları çəkdikləri üçün jurnalistlərə əsəbiləşiblər:
“Bizi niyə çəkirsiniz? İş barədə danışırq. Yazmağa xəbər tapmadınız?”.
Daha sonra gülsatanlara pul vermək üçün babnkomata yönələn Tuba sevgilisi ilə müxbirlərə pul göndərib. Özerkin sevgilisi “Xarici ölkələrdə belədir” deyərək pulu jurnalsitlərə zorla verməyə çalışıb.
Lakin əlinin havada qaldığını görən həmin şəxs Tuba ilə bərabər paparassiləri söyərək avtomobillərinə əyləşib və oradan uzaqlaşıblar.