Hamilə aktrisa Cessika Alba Nyu-Yorkda paparatsilərin hədəfinə tuş gəlib.
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, son olaraq “Sui-qəsd” filmi ilə tamaşaçı qarşısına çıxan dünya ulduzunun fotoları küçədə gəzərkən fotoqraflar tərəfindən çəkilib.
Hamiləliyi açıq-aşkar hiss olunan Cessika Alba geyimi ilə göz oxşayıb. Onun ağ rəngli libası və göy rəngli paltosunun 5 min avro dəyərində olduğu öyrənilib.
Qeyd edək ki, 38 yaşlı Keş Uorrenlə ailəli olan 36 yaşlı aktrisanın iki qızı var. Cütlüyün üçüncü övladının cinsiyyəti oğlandır.