Bakıda hicablı xanımlar üçün yeni məkan açıldı - fotolar
Ölkə
13:13 / 30.10.17
3836dəfə oxunub
A-
A
A+
Azərbaycanda ilk dəfə hicab geyimlərindən ibarət dəfilə baş tutub.
Axşam.az-ın məlumatına görə, gecədə yeni fəaliyyətə başlayan “By Osmanova fashion house”un təqdimatında gənc modelyer Aytən Osmanovanın hazırladığı kolleksiya nümayiş edilib.
Modellər podiumda modelyerin 20-yə yaxın geyimini təqdim ediblər. Moda nümayişini izləməyə gələnlər arasında modelyer Fəxriyyə Xələfova, Zümrüd Mirzəliyeva, əməkdar artist Lalə Məmmədova, müğənnilər Samira Allahverdi və Lətifə Soyuöz yer alıblar.
Uzun müddətdir kolleksiya hazırlayan A.Osmanova hicab geyimlərindən ibarət moda gecəsi keçirməsinin səbəbini açıqlayıb:
“Hicab geyimlərinə son vaxtlar tələbat çoxalıb. Amma xanımlar mağazalardan dəbli, zövqlü və keyfiyyətli hicab geyimləri tapmaqda çətinlik çəkirlər. Çoxları bunun üçün xarici ölkələrə üz tuturlar. Bir modelyer kimi düşündüm ki, niyə bizim də ölkəmizdə hicab geyimləri tikən butik olmasın? Bu niyyətlə belə bir kolleksiya ahzırladım”.