Xalq artisti Səməd Səmədov xanımı ilə birlikdə Moskvaya istirahətə yollanıb.
Axşam.az-ın məlumatına görə, müğənninin istirahət fotoları yayılıb.
S.Səmədovun prodüseri Rövşən Cəfərov bildirib ki, müğənni istirahətdən qayıtdıqdan sonra yeni layihələr təqdime dəcək:
"Səməd Səmədovun yeni mövsümdə həyata keçirəcəyi bir neçə layihə var. Onlar arasında yeni mahnılar, kliplər və fotosessiyalar yer alır. Elə Moskvaya da həm ziyarət, həm ticarət devizi ilə yola düşüb. Xanımı ilə bir neçə gün orada dincələcək. Bundan əlavə yaradıcılığı ilə bağlı bir neçə görüşlər keçirəcək".