Böyük Britaniya şahzadəsi Uilyamın həyat yoldaşı, Kembric hersoginyası Keyt Middlton Londonda Milli Tennis Mərkəzini ziyarıt edib.
Axşam.az xarici mediaya istinadən xəbər verir ki, üçüncü övladına hamilə olan Keyt mərkəzə idman paltarında yollanıb. Middlton mərkəzlə tanışlıq zamanı tennis də oynayıb. Əlinə raketka alan hersoginya balacalarla qısa matç edib.
Qeyd edək ki, Keytlə Uilyamın Corc və Şarlotta adlı iki uşağı var. Cütlüyün bu dəfə əkizlərinin doğulacağı iddia edilir.