“Ufak tefek cinayetler” serialının baş rol ifaçısı Gökçe Bahadır çəkiliş zamanı çətin anlar yaşayıb.
Axşam.az Türkiyə mediasına isitnadən xəbər verir ki, tərəf-müqabili Bade İşçil tərəfindən hovuza itəlnənə aktrisa 6-7 saniyə suyun dibindən çıxa bilməyib. Bundan təlaşa düşən çəkiliş heyəti qorxu dolu anlar yaşayıb.
Daha sonra su üzərinə çıxmağı bacaran Gökçe “O qədər soyuq idi ki, hovuza düşən kimi şok yaşadım. 6-7 saniyə dibdə qaldım. Sudan çıxdıqdan sonra xəstələnməməyim üçün məni qaynar dəsmala bükdülər” deyib.