17 illik evli cütlük uzun fasilədən sonra bir arada - fotolar
Dünya
13:25 / 02.11.17
2049dəfə oxunub
A-
A
A+
73 yaşlı aktyor Maykl Duqlasla 48 yaşlı aktrisa həyat yoldaşı Ketrin Zeta-Cons uzun fasilədən sonra yenidən birlikdə görüntüləniblər.
Axşam.az xarici mediaya istinadən xəbər verir ki, cütlük Nyu-Yorkda qala gecədə kameralara tuş gəlib. Qara libas seçimi edən Ketrin aksesuarlarında da bu rəngə üstünlük verib. Maykl gecə boyunca gözünü xanımından çəkə bilməyib.
Qeyd edək ki, Duqlasla Zeta-Cons noyabrın 18-də evliliklərinin 17-ci ildönümünü qeyd edəcəklər. Cütlüyün 17 yaşlı oğlu, 14 yaşlı qızı var.