Müğənni Nadir Qafarzadə yeni fotosessiyasını təqdim edib.
Axşam.az-ın məlumatına görə, sənətçi bildirib ki, şəkilləri yeni layihəsi ilə əlaqədar çəkdirib:
“Yaradıcılıqla bağlı yeni işlərim o qədərdir ki, bilmirəm ki, hansını təqdim edib. Demək olar ki, şou-biznesdə ən çox iş görən mənəm. Bunu mənəm-mənəmlik üçün demirəm. Sübutlarım var. Bu yaxınlarda 3 yeni klip təqdim edəcəyəm. Bundan başqa yeni mahnılar da var”.