Xalq artisti Rafiq Hüseynovla vida mərasimi başlayıb.
Axşam.az-ın məlumatına görə, mərhum diktorun nəşi Rəşid Behbudov adına Mahnı Teatrına gətirilib.
Mərasimdə R.Hüseynovun ailə üzvləri, sənət dostları və yaxınları iştirak edir.
Mərhumla vida mərasimi saat 12:00-a kimi davam edəcək.
R.Hüseynov Almaniyanın Düsseldorf şəhərindəki klinikalardan birində oktyabrın 26-da dünyasını dəyişib. O, xərçəng xəstəliyindən əziyyət çəkirdi.
Qeyd edək ki, xalq artisti Yasamal qəbiristanlığında dəfn olunacaq.
Foto: Ramin ASLANOV