"Toy siyahım artıq doludur" - Elvin+fotosessiya

"Toy siyahım artıq doludur" -  Elvin+fotosessiya
2616 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Elvin Abdullayev yeni fotosessiya etdirib.

Axşam.az-ın məlumatına görə, sənətçi bu dəfə Ramin Aslanovun obyektivi qarşısına keçib.

Elvin yeniliklərindən bəhs edib:

“Məhərrəmlik ayından və toyların olmamasından istifadə edib yaradıclığıma vaxt ayırmışam. Artıq toyların başlamasına az qalıb. İndidən mənim də toy siyahım doludur. Bilirəm ki, yaradıcılığıma ayırmağa vaxtım olmayacaq. Ona görə də indi fotosessiya etdirdim. Eyni zamanda yeni mahnılar da hazırlayıram. Yaxın günlərdə mahnılarımı da təqdim edəcəm. Tək toyla kifayətlənmək olmaz. Sənəti də unutmamalıyıq.

Toy tutmaq üçün mahnı yazdırmaq, daim gündəmdə qalmaq lazımdır. Yeni işlər təqdim etməliyik ki, tamaşaçının da diqqətini çəkək. Peşəkar səhnədə bir müğənni kimi özümüzü göstərə bilməsək, tamaşaçı da bizdən uzaq düşəcək. Ölkədə çox az sayda sənətçi dostum var ki, onlar sırf peşəkar səhnə üçün çalışır”.