Noyabrın 3-də “Mybrands” mağazalar şəbəkəsinə daxil olan yeni “Jumbo” mağazasının rəsmi açılış mərasimi baş tutub.
1947-ci ildə yaradılan “Jumbo” brendi klassik, keyfiyyətli və peşəkar qab-qacaq etalonudur.
Bu ticarət markasının çini qabları xüsusi və daim təkmilləşən texnologiyalarla hazırlanır ki, bu da qabları yüngül, eyni zamanda möhkəm edir.
Mağazada müştərilərə, çini qab-qacaq dəstləri, çay və kofe üçün xüsusi hədiyyəlik dəstlər, paslanmaz poladdan hazırlanmış çəngəl-bıçaq dəstləri, mətbəx üçün qazan və aksessuar dəstləri təqdim edilir.
Bakıda açılmış yeni “Jumbo” mağazasında həmçinin hotel, restoran və kafelərdə istifadə edilə biləcək HORECA sektoruna aid qab-qacaq da təqdim edilib.
Hazırladığı xörəkləri xüsusi estetik dizaynla təqdim etmək istəyən xanımlar H.Cavid 533 ünvanında yerləşən “Jumbo” mağazasına gələ bilərlər.
Eləcə də daha ətraflı məlumatı:
https://www.facebook.com/JumboAzerbaijan və
https://www.instagram.com/jumbo_azerbaijan/ sosial şəbəkələrindən, (050) 233-01-14 nömrəsindən əldə edə bilərsiniz.