"Evlilik təklifləri alıram" - Lətifə+fotolar

"Evlilik təklifləri alıram" -  Lətifə+fotolar
4244 dəfə oxunub
  • A-
  • A
  • A+

“Övladı üçün məhkəmə işinə ehtiyac duyulmadı. Ona məhdudiyyət qoymadım ki, oğlunu həftədə bir dəfə görsün. Keçmiş həyat yoldaşım istədiyi vaxt gəlib uşağını götürə bilər”.

Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Lətifə Soyuöz “Günə davam” verilişində deyib.

Bir müddət əvvəl türkiyəli həyat yoldaşı Deniz Soyuözdən ayrılan sənətçi şəxsi həyatından danışıb:

“Sevgi ilə yaşayan insanam. Hər gün sevgini çağırıram. Hədsiz sevgi etirafı, evlilik təklifi alıram. Çox seçici insanam. Sadəcə, həyatıma girəcək adam yaxşı bir insan olmalıdır. Keçmiş səhvləri təkrarlamamalıyam”.

Foto: Ramin ASLANOV