Müğənni Xatirə İslam ailəsi ilə birlikdə Avropa turuna çıxıb.
Axşam.az-ın məlumatına görə, sənətçi əvvəlcə Macarıstana yollanıb.
Daha sonra Xatirə Avstriyada dincəlib. İndi isə müğənni Praqaya gedib.
X.İslam gəzinti fotolarını İnstaqram səhifəsində paylaşıb. Şəkildə ifaçının həyat yoldaşı Fəxrəddin və oğlu Emil də yer alıb.