Müğənni Sıla konsert verib.
Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, yeni mahnılarını səsləndirən ifaçı səhnədə etdiyi zarafatlarla yadda qalıb. “İnsanlar əylənmək, xoşbəxt olmaq, sevişmək istəyir. Burada nə var ki? Ayıbdır? Siz belə etmirsiniz?” deyən Sıla salondakıları güldürüb. Hər zaman Sılanın konsertlərini ön sıradan izləyən aktyor sevgilisi Ahmet Kural isə xəyanət qalmaqalından sonra gözə dəyməyib. Ahmetin konsertə gəlməməsi cütlüyün ayrılması dedi-qodularına səbəb olub.
Xatırladaq ki, Ahmet Kural ötən gün gecə klubunda 2 qadınla əylənmiş, məkandan çıxarkən isə paparassilərin kamerasına tuş gəlmişdi.