Bakıda ulduzların yer aldığı “Bollywood night” baş tutdu - fotolar

Bakıda ulduzların yer aldığı “Bollywood night” baş tutdu -  fotolar
5213 dəfə oxunub
  • A-
  • A
  • A+

Heydər Əliyev adına İdman Arenasında “Bollywood night” adlı konsert proqramı keçirilib.

Axşam.az-ın məlumatına görə, konsertdən əvvəl sərgi-yarmarka təşkil olunub. Hindistanın ölkəmizdəki səfirliyinin, “Full House Entertainment” və Hindistanın Azərbaycandakı Assosiasiyasının təşkilatçılığı ilə təşkil olunan gecədə maraqlı anlar yaşanıb.

Azərbaycan ilə Hindistan arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümünə və bu ölkənin müstəqilliyinin 70 illiyinə həsr edilən yarmarkada bu ölkəyə məxsus müxtəlif məhsullar nümayiş edilib.

Aparıcılığını Samir Bayramlının etdiyi konsertdə səhnəyə Hindistanın məşhur müğənnisi Alişa Çinaya çıxıb. O, sevilən mahnılarını səsləndirib. Çinaya səhnəni xalq artisti Faiq Ağayev, müğənnilər Ceyhun Bakinski, Kamran Həsənli, Könül Kərimova ilə bölüşüb.

Foto: İlqam CƏBİYEV