ABŞ prezidenti Donald Trampla Asiya turundan qayıdan ölkənin birinci xanımı Melaniya Tramp Alyaskada Elmendrof-Riçardson hərbi bazasının əməkdaşlarının uşaqları ilə görüşüb.
Axşam.az xarici mediaya istinadən xəbər verir ki, uşaqlarla 35 dəqiqəlik vaxt keçirən prezidentin xanımı daha sonra Vaşinqtona qayıdıb.
Melaniya bu dəfə hər zaman geyindiyi eleqant üslubda yox, idman üslubunda geyim seçimi edib. Ağ şalvar, sarı kofta və gödəkçə seçimi edən M.Tramp bu dəfə sadə görünüşü ilə diqqət çəkib.