Yenidən barışan kanadalı müğənni Castin Biberlə amerikalı həmkarı Selena Qomez dodaq-dodağa görülüblər.
Axşam.az xarici mediaya istinadən xəbər verir ki, buz xokkeyi meydançasında əyləncəli vaxt keçirən cütlük paparassilərin hədəfində olub. Castin fasilə zamanı onu izləyən sevgilisinin yanına gedib. Qollarını Castinin boynuna dolayan Selena ifaçını öpməyə başlayıb.
Qeyd edək ki, Qomez Biberə qayıtmaq üçün münasibətdə olduğu The Weekend-dən ayrılmışdı.