ABŞ-ın keçmiş prezidenti Barak Obamanın 19 yaşlı qızı Malia Obama sevgilisi ilə dodaq-dodağa görüntülənib.
Axşam.az xarici mediaya istinadən xəbər verir ki, eks-prezidentin Harvard Universitetində təhsil alan qızı futbol matçından əvvəl adı bilinməyən gənclə səmimi davranışları ilə diqqət çəkib.
Xatırladaq ki, Barak Obama ötən il qızları Malia ilə Saşanın oğlanlarla görüşməyə başladığını etiraf etmişdi.
Qeyd edək ki, Malia 2016-cı ildə narkotik istifadə edərkən görüntülənmiş, bu isə səs-küyə səbəb olmuşdu.