Aktrisa Tuba Büyüküstünün boşandığı aktyor əri Onur Saylak yeni sevgilisi Gözde Yılmazla görüntülənib.
Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, cütlük Onurun “Vatanım sensin” çəkilişindən sonra restoranların birinə yollanıb. Məkanın çıxışında kameraları görən Onurla Gözde gərgin anlar yaşayıb.
Yenidən restorana qayıdan sevgililər daha sonra məkanı tərk edərək jurnalistlərə “Təşəkkür edirik” deyərək avtomobilə əyləşərək uzaqlaşıblar.
Qeyd edək ki, Tuba Büyüküstün iş adamı Umut Evirgenlə eşq yaşayır. Tuba ilə Onurun Maya və Toprak adlı əkiz qızları var.