Özəl geyimlərin məkanı olan “Kaftan” moda evi Mercedes-Benz Fashion Week Baku çərçivəsində özünün 2018-ci il yaz-yay kolleksiyasını təqdim edib.
Axşam.az-ın məlumatına görə, mükəmməllik, zəriflik, qadın cazibəsini ifadə etmək – bütün bunlar “Kaftan”ın “Line of reality” kolleksiyasında cəmlənib. Moda evinin direktoru Nigar Ələkbərova bildirib ki, “Kaftan” seçilən Azərbaycan brendidir, öz fəaliyyətinə 2016-cı ildə başlayıb. 2017-ci il fevralın 21-də isə brend kimi əmtəə nişanı şəhadətnaməsini alıb. Bu ilin iyun ayından isə moda evi kimi müştərilərinə qapılarını açıb.
Direktor brendin özəlliklərindən danışıb. O deyib ki, burada yalnız keyfiyyətli parçalardan və aksesuarlardan istifadə olunur: “Kaftan” – qiymətli parçadan, önü və qolları qızılı naxışlarla bəzədilən üst geyimidir. Osmanlı dönəmində önəmli xidmət göstərənlərə padşah tərəfindən kaftan hədiyyə edilirdi. Brendin adı da məhz buradan qaynaqlanır. Tarixi dəyərlərimizə əsaslanaraq “Kaftan” moda evi müasir həyat üçün özəl və seçilən geyim kolleksiyası hazırlayıb.
Tikiş zamanı düzgün nümunələrdən istifadə edilir ki, bu də bədən quruluşunu gözəl göstərməyə kömək olur. “Kaftan” brendi “ready-to-wear” (hazır geyim tərzi) kateqoriyasında ixtisaslaşır.
Brendin dizayneri Arzu Baxışova müasir memarlıq abidələrindən ilham alıb və kolleksiyasında assimetrik xətlərdən istifadə edib. Bir-birinə uyğun olmayan toxunuşlar fantastik, orijinal və çox dəbli görünür. Kolleksiya təbiət motivlərinə əsaslanan əl işləri ilə bəzədilir. Dizayner yaradıcılığında mürəkkəbliyi və sadəliyi, sərt və sərbəstliyi bir araya gətirməyə çalışıb. Onun bu kombinasiyası olduqca dəbli görünür”.

Qış mövsümü yeni başlasa da, “Kaftan” xanımları 2018-ci ilin yaz-yay dəbi ilə tanış edib. Kolleksiyada yaz-yay mövsümünün ən aktual tendensiyaları təsvir edilib: qeyri-adi formalar, əl işi, lütf və qadınlığın zərifliyi...
Nigar Ələkbərova bildirib ki, gələcəkdə daha maraqlı kolleksiyalarla müştərilərin qarşısına çıxacaqlar: “Hələ yolun başlanğıcındayıq. İnanırıq ki, moda sahəsində Azərbaycanı təmsil edərək, başqa ölkələrdə də öz sözümüzü deyəcəyik”.
Ziyafətə, dəvətə, ad gününə, toya gedərkən seçilmək, dəbli görünmək istəyən xanımlar “Kaftan”ın kolleksiyasına müraciət edə bilərlər. Burada hazır geyimlər əldə etməklə yanaşı, öz zövqünüzə uyğun libaslar da hazırlada bilərsiniz.
“Kaftan” sizi cazibədar, fərqli etməyi bacaracaq.
Ünvan: Nasimi rayonu, K.Səfərəliyeva küçəsi 2, m. ½
Tel.: (+994 12) 598 20 82
Mob.: (+994 50) 228 86 10
İnstaqram: @kaftanatelier
Facebook: Kaftan Atelie