44 yaşlı bir uşaq anası olan aktrisa Keyt Bekinseyl özündən iki dəfə balaca sevgilisi Mett Rayfla birlikdə görüntülənib. Axşam.az xarici mediaya istinadən xəbər verir ki, aktrisa ilə 22 yaşlı sevgilisi dodaq-dodağa kameralara tuş gəlib. Cütlüyün aralarındakı yaş fərqinə rəğmən, xoşbəxt göründüyü diqqətdən yayınmayıb. Rayf uzun-uzadı heyranlıqla Keyti izləyib.
Qeyd edək ki, Keytin Maykl Şindən 18 yaşlı qızı var. Aktrisa 2004-cü ildə ərə getdiyi rejissor Len Vismandan isə ötən il boşanıb.