Aktrisa Tuvana Türkay Misir adlı iti ilə getdiyi kafedən qovulub.
Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, aktrisa itini çantasında daşısa da, məkana heyvanlarla girməyin qadağan olunduğu deyilərək kafedən çıxarılıb. İti ilə birlikdə qovulmasına əsəbiləşən Tuvana sosial şəbəkədə bunları yazıb:
“Nə ilə qarşılaşdığımı bilmədim. Heyvanlar danışa bilmədikləri üçün ayrı-seçkilik salmamalıyıq. Qanunlarda onlar mal olaraq deyil, can olaraq qəbul edilməlidir. Heyvanlarla dost olan məkanların sayı artırılmalıdır”.
Qeyd edək ki, Tuvanaya iti keçmiş sevgilisi Alper Potuk ad günündə hədiyyə etmişdi.