“İstanbullu gelin” serialında Begüm obrazına həyat verən aktrisa Özge Borakın 15 ildir qayğısına qaldığı iti Toffi ölüb.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə 35 yaşlı aktrisa İnstaqram hesabında məlumat verib.
O, iti ilə birgə çəkilmiş bir neçə şəkli sosial media hesabında yerləşdirərək çox əzab çəkdiyini qeyd edib:
“Ailəmizin bir parçası, gözəl qızımız Toffi bu gün bizi tərk etdi. Çox pis olduq. Canım yanır. Hönkürə-hönkürə ağladım. Bilirəm zamanla bu alov külə dönəcək, amma biz səni heç vaxt unutmayacağıq. Heç olmasa, əziyyət çəkmədin deyə özümə təsəlli verirəm. Gözəl xatirələrimizin baş rolunda həmişə sən olacaqsan. Sən həmişə xoşbəxt idin, indi də olduğun yerdə xoşbəxt ol. Sənin üçün çox darıxacağıq...”.