Qara nöqtələrdən xilas ol, üzünü nəmləndir

Qara nöqtələrdən xilas ol, üzünü nəmləndir
3738 dəfə oxunub
  • A-
  • A
  • A+

Bir çox xanımlar üzdəki qara nöqtələrdən əziyyət çəkir. Onlardan xilas olmaq üçün ev şəraitində maska hazırlaya bilərsiniz.

Bu maska bəzən dərinin qurumasına səbəb ola bilər. Buna görə də iki prosedur etmək məsləhətdir.

Axşam.az saytı Türkiyə mətbuatına istinadən aşağıdakı maskaları təqdim edir:

Qara nöqtələri yox etmək üçün

Bir kasa qatığa 1 limonun şirəsini sıxıb qarışdırın. Alınan məhlulu üzünüzə çəkib, 15 dəqiqə saxlayın. Daha sonra ilıq su ilə yuyun.

Dərini nəmləndirəcək maska

Bir qabda yumurta sarısını və 1 xörək qaşığı südü qarışdırın. Sonra üzünüzə çəkib, tənziflə üstünü örtüb, 15 dəqiqə saxlayın. Daha sonra kağız salfetlə silin. 3 dəqiqə keçdikdən sonra ilıq su ilə yuyun.

Hər iki maskanı həftədə bir dəfə etmək məsləhətdir.