Şahzadə ilə aktrisanın nişandan sonra ilk müsahibəsi - fotolar

Şahzadə ilə aktrisanın nişandan sonra ilk müsahibəsi -  fotolar
2789 dəfə oxunub
  • A-
  • A
  • A+
Böyük Britaniya şahzadəsi Uilyamla aktrisa Meqan Markl nişanlanmaları elan ediləndən sonra ilk reportajlarını veriblər.
 
Axşam.az-ın xarici mediaya istinadən məlumatına görə, reportaj zamanı Meqanın nişan üzüyü də dünya mediasının diqqətində olub. İngiltərə taxtının beşinci varisi 33 yaşlı Harri müsahibə sırasında 36 yaşlı nişanlısı Meqanın əlini bir an olsun, buraxmayıb.

Aktrisa şahzadənin ona “çox sevimli, təbii və romantik” evlilik təklifi etdiyini deyib:
 
“Harri evlilik təklifi üçün diz çökdü və o, cümləsini bitirmədən mən “hə” dedim”. Harri isə açıqlamasında “Meqana inanılmaz bir sürətlə aşiq oldum. Sanki bir anda göy üzündə ulduzlar doğdu. Hər şey mükəmməldir” söyləyib. Jurnalistlərin “Uşaq fikirləşirsiniz” sualına isə “Hər şey sıra ilə” cavabını verib:
 
“Kral ailəsinə qatılmaq heç kim üçün elə də asan olmayacaq, ancaq biz Meqanla gələcəkdə bir komanda olacağıq”.
 
İngilis mediası reportaj zamanı şahzadə Harrinin sakit, Meqanın isə daha rahat davrandığını yazıb.

Marklın nişan üzüyünün dizaynını da Harri verib. O, bu üzüyü anasının, mərhum şahzadə Diananın şəxsi kolleksiyasından olan iki brilyantla hazırladıb.

Harri “Anam yaşasaydı, Meqanla çox gözəl rəfiqə olacaqdı” deyib.

Meqan isə öz növbəsində, mediada anasının qaradərili, atasının isə ağ olmasının vurğulanmasının onu incitdiyini bildirib.