Demet Akalın Mişel Obama ilə eyni geyindi - fotolar

Demet Akalın Mişel Obama ilə eyni geyindi - fotolar
3145 dəfə oxunub
  • A-
  • A
  • A+
Dünən qatıldığı toyda “Gucci” brendindən olan 340 dollarlıq corabı ilə gündəmə çevrilən müğəni Demet Akalının libası da həmin markadan imiş.

Axşam.az-ın məlumatına görə, üstəlik, həmin libası daha əvvəl ABŞ-ın keçmiş birinci xanımı Mişel Obama geyinib.
 
Sosial şəbəkədə M.Obama ilə fotosunu paylaşan Akalın “Eyni libası geyinmişik. Özü də, birinci xanım Mişel Obamayla” sözlərini yazıb.

Qeyd edək ki, Mişel həmin paltarı Ellen Deceneresin verilişinə qonaq olarkən geyinmişdi. Üzərində rəngarəng işləmələri olan libas “Gucci”nin 2016-cı il yaz-yay kolleksiyasındandır və qiyməti 4200 dollardır.