Rəqqasə və aktrisa Oksana Rəsulova yeni fotosessiya etdirib.
Axşam.az xəbər verir ki, Oksanın şəkillərdəki geyimi və aksessuarları diqqət çəkib.
Belə ki, yarpaqlardan hazırlanmış libas geyinən rəqqasə “Payız mələyi” adlı foto-layihəsi üçün fotoqraf Araz Bağırovun obyektivinə poza verib.
Rəsulovanın paltarlarının müəllifi modelyer Şəlalə Maqsudovaya, qrimi stilist-vizajist Nura Babayevaya aiddir.