Müğənni Gülben Ergendən qalmaqallı şəkildə boşanan telejurnalist Erhan çelik yeni sevgilisi Elif Dürüstlə sarmaş-dolaş görüntülənib. Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, cütlük kafelərin birində şam edib. Eliflə uzun-uzadı söhbət edən Erhan daha sonra onu qucaqlayaraq səmimi davranışlar nümayiş etdirib.
Xatırladaq ki, Erhanla Gülben 2014-2016-cı illərdə ailəli olub. Ayrılığa səbəb kimi Gülbenin jurnalistə xəyanət etməsi göstərilib.