Sərdarla arvadının küçədə səmimi görüntüləri

Sərdarla arvadının küçədə səmimi görüntüləri
3457 dəfə oxunub
  • A-
  • A
  • A+
2018-ci ildə ata olacağını açıqlayan müğənni Sərdar Ortaç həyat yoldaşı Xloe Luqnanla məkanların birindən çıxarkən paparassilərin hədəfində olub.

Axşam.az Türiyə mediasına istinadən xəbər verir ki, cütlük məkandan çıxdıqdan sonra küçənin ortasında bir-birlərini qucaqlayaraq öpüşlərə qərq edib.
 
Olduqca xoşbəxt görünən Sərdarla Xloe jurnalistlərlə salamlaşaraq avtomobillərinə doğru irəliləyiblər. Xatırladaq ki, bu yaxınlarda “əlim-ayağım tutmur” deyərək səhhətindən şikayətlənən Sərdar həyat yoldaşını gələn il ana olmağa razı saldığını bildirərək sevincini hər kəslə bölüşmüşdü.