Aktrisa Asena Tuğal ötən gün Mecidiyeköy istiqamətində avtobusa minərkən görüntülənib.Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisanın yanında ata və anası da olub. Avtobusda ayaqüstə qalan Asena kameraların onu çəkdiyi görüb və çəkinmədən əl sallayıb.
Qeyd edək ki, bir müddət əvvəl Tuğal avtomobilini satdığını və velosiped aldığını söyləmişdi.
Xatırladaq ki, Asena 2 ildir aktyor Şahin İrmakla nişanlıdır. Cütlük 2013-cü ildə sevgi münasibətinə başlayıb, 2015-ci ildə nişanlanıb.