Hamilə olduğunu elan etdikdən sonra ilk dəfə belə görüntüləndi - fotolar

Hamilə olduğunu elan etdikdən sonra ilk dəfə belə görüntüləndi - fotolar
3535 dəfə oxunub
  • A-
  • A
  • A+

İkinci dəfə ana olmağa hazırlaşan model Miranda Kerr kosmetika şirkətlərindən birinin təşkil etdiyi tədbirə qatılıb.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, tədbirə ağ rəngli qısa libas geyinən 33 yaşlı Miranda bədən quruluşunu gizlətməyə çalışıb. Lakin onun kökəldiyi diqqətdən qaçmayıb.

Qeyd edək ki, M.Kerr bu ilin mayında “Snapchat”ın qurucusu və baş direktoru, 25 yaşlı milyarder Evan Şpiqellə ailə qurub. Bu hamiləlikdən dünyaya gələcək uşaq onların ilk övladı olacaq. Modelin aktyor Orlando Blumdan Flinn adlı 6 yaşlı oğlu var.